
CarçıOtel-ə xoş gəlmisiniz!
Azərbaycanın gözəl və şəfalı bölgələrindən biri olan Qazaxın qəlbində yerləşən CarçıOtel sizi səmimi atmosferi və unudulmaz mənzərələri ilə qarşılamağa hazırdır.
Şəhərin mərkəzində yerləşən otelimiz bir tərəfdən Göyəzən dağının heyranedici görünüşü, digər tərəfdən isə təbiətin füsunkar gözəlliyi ilə əhatələnərək, həm rahatlıq, həm də gözəl istirahət vəd edir.
CarçıOtel-də qonaqpərvərlik, komfort və rahatlıq bir araya gəlir. Sizin üçün yaradılmış şərait sayəsində özünüzü evinizdəki kimi hiss edəcək, yadda qalan istirahət yaşayacaqsınız.
Sizi Qazaxda, CarçıOtel-də görməkdən məmnun olarıq!
Xüsusi imkanlar
Otaqlar
Carçıotel-də sizin rahatlığınız üçün müasir tərzdə təchiz olunmuş otaqlar mövcuddur. Hər otaqda kombi istilik sistemi, internet TV, yüksək sürətli Wi-Fi və 24/7 otaq xidməti mövcuddur. İstər istirahət, istərsə də işgüzar səfər üçün ideal seçimdir.
Standart Ailə Otağı
Gecəlik: 45 AZN
Üçnəfərlik Otaq
Gecəlik: 45 AZN